Ferrari-də problemlər davam edir

Şarl Lekler testlərin yeddinci günündə ən sürətli sürücü olsa da, Ferrari-nin qazburaxma sistemində yaşanan problem onu yarı yolda qoyub.

F-1.az xatırladır ki, monakolu sürücünün Ferrari-si nahardan sonra trasda dayanaraq qırmızı bayraqların çıxmasına səbəb olub. İtalyanlar problemin qazburaxma sistemindən qaynaqlandığını deyiblər. Haas komandası da eyni problemə görə testlərdə vaxt itirib. Haas problemi həll etmək üçün ötürmələr qutusunu, turbonu və qazburaxma sistemini sökməli olub.

Qed edək ki, Ferrari mühərrikli komandalar ilk tesr həftəsində cəmi 1489 dövrə tamamlayarkən, bu həftə müxtəlif problemlərə görə az işləyiblər. Ferrari 289 dövrə vurub və bu statistikaya görə 8-cidir. Mercedes isə 448 dövrə ilə birinci yerdədir. Xatırladaq ki, “qırmızılar” əvvəlcə soyutma sisteminə, daha sonra isə Fettelin gözlənilməz qəzasına görə vaxt itirib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*