Ş.Lekler: Əlimdən gələni etdim

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, son yarışda əlindən gələni edib.

F-1.az xatırladır ki, monakolu sürücü mövsümün son yarışı Əbu Dabidə bir pit-stopla gedərək yarışı ikinci yerdə bitirib. Bununla da Sürücülər Çempionatında ikinciliyi əldə edib.

Şarl Lekler: “Yorucu yarış idi. Sözün açığı bizim üçün mükəmməl yarış idi. Bundan yaxşısı mümkün deyildi. Bilirdim ki, Çekonu udmaq üçün fərqli strategiya seçməliyəm. Bunu da bacardıq və tək pit-stopla getdik. Buna görə sevincliyəm.

Ümdi edirəm ki, gələn il çempionluğa oynayaram. Anca qkeçın il harada olduğumuzu düşünsək, bu il irəliyə doğru addım atdığımızı deyə bilərəm. Strategiya cəhətdən inkişaf etmişik. Yarış tempimizi də düzəltməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*