26 Avqust 2019, Bazar ertəsi - 07:27

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 31-ci yazı – Ferrari 126 CK

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 31-ci yazı – Ferrari 126 CK

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:16 - 14 Fevral, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 37 gün qalır – 37 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 31-ci yazımızda Skuderiyanın turbo motor quraşdırılmış ilk 126 CK modelindən danışacağıq…

1980-ci ilin uğursuz nəticələri Ferrari komandasını son 15 ilin konsepsiyasından imtina etməyə məcbur etdi – mühəndislər V-şəkilli motor üzərində işə başladılar. 1977-ci ildə Formula1-ə gələrək öz turbo motorlarını tədricən təkmilləşdirən Renault komandası isə Maranelloya inkişaf istiqamətini göstərdi.

Turbo mühərriyin ilk versiyası hələ 1980-ci ilin İtaliya Qran Prisində göstərilmişdi və 312 T5 şassisinə quraşdırılmışdı. Jil Vilnövün idarə etdiyi maşın sələfindən sürətli olduğunu ilk metrlərdən sübut etmişdi, məşqlərdə və sıralanma turunda rəqabətədavamlı olmuşdu. Amma yarış şəraitində hələ yoxlanmadığı üçün komanda bu motoru yarışa çıxarmamışdı. Yeni modelə 126 C adı qoyuldu: 120 – silindrlər arasındakı bucaq, 6 – silindrlərin sayı.

Yeni modelin debütü 1981-ci ilə təsadüf etdi. Qış fasiləsi zamanı Skuderiyanın mühəndisləri hansı turboqovucudan istifadə etməyi qərara ala bilmirdilər: Kühnle, Kopp & Kausch (KKK) ikiqat turbinindən əlavə mühəndislər Comprex kompressorunu da yoxlayırdılar. İsveçrənin Brown Boveri şirkətinin hazırladığı bu kompressorların nadir iş prinsipi var idi ki, turbo motorların əsas çatışmaz cəhətindən – qaz pedalına ləng reaksiya verməkdən (buna turbo-quyu da deyirdilər) azad idi.

Maşının turbinli versiyası 126 CK, kompressorlu versiyası isə 126 CX adını aldı. Bütün qışı komanda testlərdə keçirdi. Sonda KKK turbini daha əlverişli seçildi, çünki daha etibarlı idi.

KKK titpli turboqovucudan Renault komandası da istifadə edirdi, amma italiyalı mühəndislər turbini fərqli yerləşdirmişdilər – silindrlərin başlıqları arasında, ona görə də silindrləri 120 dərəcə açmalı olmuşdular, fransızlarda isə bu bucaq 90 dərəcə idi. İtalyanlar turbo motorun gücünü sıralanma turunda 600 at qüvvəsinə, yarışda isə 550 at qüvvəsinə çatdırmışdılar. Renault-da isə maksimum 540 at qüvvəsi almaq mümkün idi, amma buna baxmayaraq 126 CK rəqiblərinə aerodinamikada çox uduzurdu, həm də etibarlı deyildi…

 

FERRARİ 126 CK

Ferrari, Scuderia Ferrari, Ferrari 126 CK, 1981

 

1980-ci ilin İtaliya Qran Prisi tarixdə ilk dəfə İmolada keçirilirdi – Maranellodan cəmi 1 saatlıq məsafədə yerləşən trasda Entso Ferrari turbo motor quraşdırılmış maşının debütünü təşkil etməyi qərara almışdı. Bu addımın bir neçə səbəbi var idi: 312 T5 bokser tipli 12 silindrli motorun son versiyası ilə fiaskoya uğramışdı və Kommendatore azarkeşlərini sevindirmək və ümidləndirmək istəyirdi.

Beləliklə, maşın məşqlərdə və sıralanma turunda debüt etdikdən sonra komandanın bazasına göndərildi. Mühəndislər layihəyə yeniliklər etməyə başladılar. Qış fasiləsi zamanı müxtəlif turbo və kompressorlar yoxlandıqdan sonra KKK turboqovucusu əsas seçildi. Aerodinamik cəhətdən maşında ciddi yenilik yox idi – maşın hələ də yarım-monokok tipli şassi üzərində yığılmışdı, Lotus və McLaren isə artıq şassidə kompozit materiallardan istifadə edirdilər.

Mövsümün startı komanda üçün ürəkaçan olmadı, amma Monako və İspaniyada Jil Vilnöv komanda üçün iki tarixi qələbə qazandı. Titul uğrunda mübarizədən söhbət gedə bilməzdi. Mövsümün son yarışında Brabham komandasından Nelson Pike Williams-dan Karlos Röytemanı qabaqlayaraq titul qazandı. Vilnöv iki qələbəsi sayəsində çempionatı 7-ci yerdə, komanda isə Mühəndislər Kubokunu 5-ci yerdə başa vurdu.

 

FERRARİ 126 CK-iN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari 126 CK, 1981

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
1981-ci il 15300231

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 7. 721
Teqlər ,
Paylaş

logo