12 Dekabr 2018, Çərşənbə - 10:05

K.Sayns çətinliklərə baxmayaraq razı qalıb

K.Sayns çətinliklərə baxmayaraq razı qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

20:05 - 15 Aprel, 2018

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, təkərləri çox yeyildiyi üçün son dövrələrdə istədiyi kimi yüksələ bilməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Çin yarışında 9-cu yeri tutub.

Karlos Sayns: “Bu il ikinci dəfə iki sürücü ilə xal aldıq. Yarışa yaxşı start versəm də, Red Bull sürücülərindən biri məni sıxdı və Nikonun gerisinə düşdüm. Təhlükəsizlik maşınının köməyi ilə iki pit-stoplu strategiya etdik. Yarışın sonunda Alonso ilə Maqnussenin arasında qaldım və təkərlərim çox yeyildi. Buna görə də onları qorumağa başladım. Fettelə çox yaxın idim. Daha bir dövrə olsa, onu keçərdim. Performansımdan razıyam. Amma komandanın güvənini qazanmaq üçün çox işləməliyəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 125
Teqlər , , ,
Paylaş

logo