07 Dekabr 2019, Şənbə - 20:28

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 3-cü yazı – Ferrari 500 F2

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 3-cü yazı – Ferrari 500 F2

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:29 - 17 Yanvar, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 65 gün qalır – 65 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşının təkamülü ilə tanış edəcəyik. Üçüncü söhbətimiz Formula1 tarixində komandaya ilk titulu qazandırmış Ferrari 500 F2 maşını haqqında olacaq…

1951-ci ilin dünya çempionatı başa çatdıqdan sonra ardıcıl iki titul qazanmış Alfa Romeo dövləti dəstəyini itirdiyi üçün çempionatı tərk etmək qərarına gəldi. Onun yerinə Lancia və Mercedes şirkətləri gəlmək istəyirdilər – amma bu avtoistehsalçılar çempionata yeni texniki reqlamentlə, yəni 2.5 litrlik adi motorların tətbiqi ilə gəlmək istəyirdilər. Yeni texniki reqlamentin 1952-ci ildən qüvvəyə minməsi gözlənilsə də, 2 il ləngidildi və 1954-cü ilə keçirildi.

Beləliklə, bu iki ildə Ferrari çempionatda yeganə zavod komanda olur. İştirakçıların sayı isə o dərəcədə azalmışdı ki, təşkilatçılar bu iki ili Formula2-nin texniki reqlamenti üzrə keçirməyi qərara aldılar – iki seriyanın start düzümü bir araya gətirildi. Qaydalara görə maşınlara 2 litrlik motor quraşdırılmalı idi.

Ferrari hələ 1951-ci ilin yayında 2.5 litrlik motor hazırlamışdı, amma 1952-ci ilin əvvəlində bu motor 2 litrə dəyişdirildi – maraqlıdır ki, motorun xarici ölçüləri dəyişməmişdi. Digər maraqlı fakt ondan ibarətdir ki, çox qısa müddət ərzində hazırlanmış bu motor F1 tarixinin ən uğurlu motorlarından biri sayılır.

 

FERRARİ 500 F2

Ferrari 500 F2

 

Maranelloya ilk iki titul məhz bu illərdə – 1952-ci və 1953-cü illərdə gəlib. Alfa Romeo komandası çempionatı tərk etdikdən sonra start düzlüyündə iştirakçıların sayını artırmaq üçün FİA startsa Formula2 seriyasının maşınlarını da buraxır.

Bu dəyişikliyə ən operativ reaksiyanı Entso Ferrari verir – çox qısa müddət ərzində zavodda Ferrari 500 F2 modeli hazırlanır. Motorxanaya 4 silindrli 2 litrlik 185 at qüvvəsinə malik yeni motor quraşdırılır. Deyilənlərə görə, Aurelio Lampredi bu motoru cəmi bir gecəyə hazırlamışdı. Yeni maşın çox yığcam alınmışdı, çəki paylanması optimal idi, motor və ötürmələr qutusu bir qədər geriyə çəkilmişdi – bununla maşının kütləsi azaldıqlmaqla balansı stabilləşmişdi.

İki il ərzində komandanın çempionatda rəqibi olmamışdı: təqvimdə olan 17 yarışdan 14-də komandanın sürücüləri qələbə qazanmışdılar – yalnız iki dəfə okeanın o tayında komanda çıxış etməmişdi və doğma İtaliyada qələbəni əldən vermişdi. Bundan başqa komandanın sürücüləri bu maşınla təqvimdə olmayan 20-dən çox yarışda da podiumun ən yüksək pilləsinə qalxmışdılar. Alberto Askari isə çempionat tarixinə titulunu müdafiə eləmiş ilk çempion kimi düşmüşdü. Bu illərdə Askaridən başqa komandanın şərəfini Nino Farina, Pyero Taruffi və Mayk Hotorn qorumuşdular.

 

FERRARİ 500 F2-NİN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari 500 F2

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
1952-ci il73677151
1953-cü il84467161

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 2. 948
Teqlər ,
Paylaş

logo