K.Sayns: “Hələki səbirliyəm”

Karlos Sayns bildirib ki, hələ də Toro Rosso-da qaldığı üçün əsəbidir, amma əlavə edib ki, səbirli olacaq.

F-1.az xatırladır ki, Karlos Sayns 2015-ci ildə Toro Rosso komandası ilə Formula1-də debüt edib. İspaniyalı sürücü Maks Ferstappen ilə bir yerdə karyerasına başlasa da, hollandiyalı 2016-cı ildə Red Bull-a keçmiş, amma Sayns Toro Rosso-da qalmışdı.

22 yaşlı sürücünün adı bir ara Renault, Ferrari və Mercedes-lə hallansa da, Red Bull onu heç bir yerə buraxmamış və daha bir il komandada saxlamışdı.

Karlos Sayns: “Mənim üçün çətin idi. Bu cür mövsüm keçirmək asan deyildi. Buna görə də bir az əsəbiyəm. Renault-dan gözəl təklif almışdım. Amma bu da komandam tərəfindən rədd edildi. Məqsədim Red Bull-da yarışmaqdır, amma orada da yer yoxdur. Gələcəkdə nə olacağını bilmirəm və mənə növbə gəlməsini gözləməliyəm”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*