E.Bulye: “Vandorn gözləntilərimizi qarşılamır”

İlk 8 yarışda Fernando Alonsodan geri qalan Stoffel Vandornun performansı komandası McLaren-in xoşuna gəlməyib.

F-1.az xatırladır ki, belçikalı sürücü aşağı seriyalarda mükəmməl performans göstərmiş və 2015-ci ildə GP2-də böyük fərqlə Dünya Çempionluğunu qazanmışdı.

25 yaşlı sürücü bu il McLaren komandasında Censon Battonu əvəzləsə də, ilk 8 yarışda komanda yoldaşı Alonsoya qarşı üstünlük qazana bilməyib. İspaniyalı sürücü bu mövsüm tamamladığı 2 yarışdan birində xal alsa da, Vandorn tamamladığı 5 yarışın hamısından xalsız qayıdıb.

Erik Bulye: “Vandorn gözlədiyimiz kimi güclü deyil. Aşağı seriyalarda çox yaxşı keçmişi var. Eynilə Həmilton kimi bütün seriyalarda qalib gəlib. Doğrudan da, çox istedadlıdır. Bolidində çoxlu problemlər yaşadı və biz ona istədiyi kimi bolid verə bilmədik. Hazırda bolidi sürətli sürməsi üçün hər şey edirik. Əminəm ki, yaxşı performans göstərəcək. Ferstappendən başqa bütün debütantlar ilk 6 ayda problemlər yaşayıblar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*