F.Alonso rekord qırmağa hazırlaşır

Alpine komandasının sürücüsü Fernando Alonso Montsada 350-ci Qran Prisinə çıxaraq, bu statistikada Kimi Rəykkönenə çatacaq.

F-1.az xatırladır ki, ikiqat Dünya Çempionu 2001-ci ildə Formula1-də debüt edib. Buna baxmayaraq, Formula1 tarixinin ən çox yarış keçirən sürücüsü deyil. Lakin bu hal bu həftəsonu İtaliyada dəyişəcək. O 350-ci yarışına çıxaraq, bu statistikada lider olan Rəykkönenə çatacaq.

Alonso və Rəykkönen 278 yarışda finiş görüblər. Alondi Montsada finişə çatsa, bu rekordun da sahibi olacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*