K.Horner: “İdmanın belə hadisələrə ehtiyacı var”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, idmanın Ferstappen və Lekler kimi sürücülərə ehtiyacı var.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışın bitməsinə iki dövrə qalmış Leklerə hücum edib və iki gənc sürücü bir-birləri ilə təmas yaşayıblar. Nəticədə monakolu sürücü tras xaricinə çıxmalı olub.

Kristian Horner: “Məncə, boşluq qoydu. Leklerin fürsəti var idi. Tamamilə yanında idi. O nöqtədən sonra Ferstappen yoldan çəkilə bilməzdi. Lekler döngəyə sadiq qalmalı idi. Düzdür, Ferstappen aqressiv gəldi, amma nə etməli idi? Formula1-in buna ehtiyacı var. Bu, gələcəyin çempionları arasında gedən mübarizədir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*