C.Herbert: Leklerin üzərində təzyiq çoxdur

F-1.az xəbər verir ki, sabiq F1 sürücüsü Conni Herbert Leklerin üzərində Ferstappen və Həmiltondan çox təzyiq olduğunu düşünür

Conni Herbert: “Şarl çox təzyiq altındadır: azarkeşlər, İtaliya mətbuatı, Ferrari-nin özü ona təsir edir. Onun Ferrari üçün sürməsi faktı nə Maks, nə də Lyuisin üzərində olmayan təzyiq deməkdir. Mercedes və Red Bull komandalarının liderləri sürücülərin üzərindəki təzyiqi azaltmağa çalışırlar ki, onlar daha rahat nəfəs alsınlar, buna nəticəsində də daha sabit olsunlar.

Komanda səhv edəndə Maks bu barədə açıq danışır. Bu, yaxşı formada qalmağa kömək edir və bu Maksın güclü bir cəhətlərindəndir. Məncə, Lyuis də göz önündə olmasa da, pərdə arxasında eynisini edir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*