Lekler: Əgər Ferrari qalib gəlməsə, Kiminin titul qazanmasına sevinərəm

Mövsümün qarşıdakı həftəsonu Zandfortdakı mərhələ ilə start götürəcək ikinci yarısında titul uğrunda mübarizə yenidən alovlanacaq. Favorit hesab olunan Kimi Antonellidir, amma Lyuis Həmilton və Corc Rassellin də hələ şansları qalır. Şarl Lekler bildirib ki, titul Ferrari-yə qismət olmayacağı təqdirdə, çempion Kimi Antonellini görməyə üstünlük verərdi.

“Mən çempionluq uğrunda mübarizə barədə düşünmürəm və sadəcə daha bir yarış qazanmaq istəyirəm, – deyə Şarl İtaliyanın Sky Sports telekanalının efirində bildirib. – Mənim işim artıq öz bəhrəsini verir, amma əgər Ferrari titul qazanmasa, Kiminin qələbəsinə sevinərəm. O, sadəcə entuziazmla alışıb-yanır və debüt etdiyim dönəmdə mənə özümü xatırladır.

Titul uğrunda mübarizədə hər şey maşının nə qədər tez təkmilləşdirilməsindən asılı olacaq. Bu il yeniliklər ötən illə müqayisədə daha vacibdir, çünki irəliyə doğru ciddi addım atmağa kömək edir.

Biz bunu Macarıstanda McLaren nümunəsində gördük, buna görə də komandamız maşının təkmilləşdirilməsi ilə bağlı aqressiv planı davam etdirməlidir. Görək hadisələr necə inkişaf edəcək”.

,