Macarıstan-2021: Birinci sərbəst yürüşlər

Britaniyadakı sprint yarışından sonra Macarıstanda ənənəvi həftəsonuna dönüş edilib. Komandalar bu dəfə xeyli məşq edə biləcəklər. Alfa Romeo ilk sessiyada Kimi Rəykkönenin maşınını Robert Kubitsaya tapşırıb.

F-1.az bildirir ki, isti havada asfaltın temperaturu 50 dərəcəyə çatıb və sürücülər təkərlərin səmərəliliyi və sazlanmalar üzərində intensiv işləyiblər. Güclü külək şikayətlərə səbəb olub. Lekler beşinci döngədə asfaltdan çıxıb, Alonso isə dördüncü döngədə eyni səhvi edərək ön qanadı zədələyib, lakin ispan sürücü boksa qayıda bilib.

Əvvəlcə 9-cu döngədə yerində fırlanan Tsunoda daha sonra 4-cü döngədə idarəetməni itirib və maşını divara vurub. Sessiya maşının təxliyəsi üçün bir neçə dəqiqə qırmızı bayraqlarla dayandırılıb. Covinatsi boliddəki problemlərə görə cəmi dörd dövrə vura bilib.

Dördüncü və 11-ci döngələrdə trasdan tam çıxma hallarına görə 3 dövrəvi nəticə ləğv edilib. Protokollara isə 1:17.555-lik nəticə ilə Maks Ferstappen başçılıq edib. Məşqlər günün ikinci yarısında davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:17.555 21
2 77 Valtteri Bottas Mercedes AMG 1:17.616 + 0:00.061 26
3 44 Lyuis Həmilton Mercedes AMG 1:17.722 + 0:00.167 25
4 55 Karlos Sayns Ferrari 1:18.115 + 0:00.560 24
5 10 Pyer Qasli AlphaTauri 1:18.181 + 0:00.626 27
6 14 Fernando Alonso Alpine 1:18.385 + 0:00.830 26
7 16 Şarl Lekler Ferrari 1:18.391 + 0:00.836 23
8 11 Serxio Peres Red Bull 1:18.466 + 0:00.911 20
9 4 Lando Norris McLaren 1:18.649 + 0:01.094 26
10 18 Ləns Stroll Aston Martin 1:18.755 + 0:01.200 25
11 31 Esteban Okon Alpine 1:18.765 + 0:01.210 26
12 22 Yuki Tsunoda AlphaTauri 1:18.770 + 0:01.215 18
13 5 Sebastyan Fettel Aston Martin 1:18.989 + 0:01.434 22
14 3 Daniel Rikkardo McLaren 1:19.265 + 0:01.710 27
15 63 Corc Rassell Williams 1:19.724 + 0:02.169 24
16 6 Nikolas Latifi Williams 1:19.824 + 0:02.269 24
17 47 Mik Şumaxer Haas 1:20.383 + 0:02.828 26
18 88 Robert Kubitsa Alfa Romeo 1:20.639 + 0:03.084 23
19 9 Nikita Mazepin Haas 1:20.992 + 0:03.437 23
20 99 Antonio Covinatsi Alfa Romeo 1:21.889 + 0:04.334 5
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*