Maks Ferstappen: “Gün pis keçməyib, maşından razı qalmışam. Bəzi məqamları dəqiqləşdirmişik, daha yüksək səmərəliliyə nail olmağa çalışmışıq – həftəsonuna yaxşı başlanğıc olub.
Görünür, bu trasda liderlər arasındayıq və podium uğrunda mübarizə apara bilərik, amma sürətdə bir qədər də artırmalıyam. Yeniliklər yaxşı işləyir, bu da nikbinliyə əsas verir, görək sabah hər şey necə alınacaq”.





