24 Avqust 2019, Şənbə - 07:31

O.Kosaçenko Caterham komandasının kommersiya direktoru təyin olunub

O.Kosaçenko Caterham komandasının kommersiya direktoru təyin olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:33 - 15 Mart, 2013

Vitaliy Petrovdan fərqli olaraq onun meneceri Oksana Kosaçenko 2013-cü ildə paddokdan getməyəcək və Caterham komandasında qalacaq. Martın 1-dən Oksana xanım […]

Vitaliy Petrovdan fərqli olaraq onun meneceri Oksana Kosaçenko 2013-cü ildə paddokdan getməyəcək və Caterham komandasında qalacaq. Martın 1-dən Oksana xanım Toni Fernandesin komandasında kommersiya direktoru vəzifəsinə təyin olunub. Melburnda Oksana xanım F1News.Ru portalına müsahibə verib…

Oksana Kosaçenko: “Bu, mənim üçün yeni çağırışdır. Mən adət etdiyim, xoşladığım işlə – marketinqlə, kommersiya ilə məşğul olacam. Görüləsi iş çoxdur, mən perspektivləri və komanda rəhbərliyinin müsbət əhval-ruhiyyəsini görürəm.

Biz gələcəyə işləyəcəyik. Heç kim gözləmir ki, sabah komanda liderə çevriləcək və böyük sponsorlar tapılacaq. Söhbət ondan gedir ki, işi planlı qurmaq lazımdır. Gələn il yeni reqlament qüvvəyə minəcək, yeni mövsümə hazırlıq bizim üçün daha vacibdir.

Birinci addımı biz artıq atmışıq – maşının rəngini təzələmişik. Bu vacib idi. Biz göstərdik ki, gənc komandayıq və yeni starta çıxmışıq. Yeni sürücülər, yeni rəhbərlik. Onlarla işləmək mənə xoşdur. Bizim uzunmüddətli münasibətlərimiz var və komanda mənə təklifi hələ keçən il eləmişdi, mən çox düşündüm və sonda qərar qəbul etdim.

Sürücülərlə işimə gəlincə, mən hesab etmirəm ki, mənim komandada işim başqa işlərimə mane olacaq. Əksinə, mənd aim paddokda olacam, bütün prosesləri izləyəcəm – təkcə Caterham-də deyil, eləcə də, digər komandalarda. Əlbəttə, ilk Rusiya Qran Prisində startda həm milli komanda, milli sürücü və milli sponsorların olmasını istəyirəm. Biz bu istiqamətdə işimizi davam etdiririk.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 397
Teqlər , , , ,
Paylaş

logo