F.Massa: “Ötmələr çətinləşib”

Mövsümün ilk yarışı Avstraliyada 6-cı yeri tutan Felipe Massa performansından razı qalıb.

F-1.az xatırladır ki, braziliyalı sürücü yarışa 7-ci yerdə başlasa da, startda Qrojanı geridə qoya bilib və yarışı təkbaşına, mübarizədən uzaq formada 6-cı yerdə bitirib.

Felipe Massa: “Bilirdik ki, bu gün Ferrari, Mercedes və Red Bull bizdən sürətli olacaqlar. Buna görə də orta qrupun ən sürətlisi olmaq böyük uğurdur. Rikkardo üçün çox məyusam. Öz publikası önündə yaxşı nəticə qazanmasını istərdim. Amma onun yoxluğunda bir pillə qazana bildim.

Startda Romanı keçmək çox vacib idi. Mənim üçün yarışın ən vacib anı idi və bunu startda problemsiz formada həll etdim. Daha sonra isə arxama baxmadım. Öndəkilərlə də fərq çox olduğu üçün rahat yarış keçirdim.

Hücum etmək çətindir. Bu mövsüm fərqli traslarda ötmələrin sayı dəyişə bilər, amma burada çox çətin idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*