21 Sentyabr 2019, Şənbə - 11:05

A.Covinatsi: “Formula1 bolidi mürəkkəbdir”

A.Covinatsi: “Formula1 bolidi mürəkkəbdir”

Müəllif: Rauf Hacıyev, redaktor

16:29 - 01 Mart, 2017

Ferrari komandasının test sürücüsü Antonio Covinatsi Barselonadakı qış testlərində zədəli Paskal Verlyaynı əvəz edərək, Sauber C36-nın sükanının arxasına keçib.

F-1.az xatırladır ki, Ferrari komandası Covinatsini testlərdə Verlyaynı əvəz etsin deyə Sauber komandasına icarəyə verib. Testlərin ikinci günündə sükan arxasına keçən Covinatsi mühərrikdəki problemə görə səhər trasa çıxa bilməmiş, amma nahardan sonra 67 dövrə vurmuşdu.

Xatırladaq ki, 23 yaşlı sürücü daha əvvəl Ferrari-nin 2015-ci il bolidini idarə etmişdi. Amma Sauber-in yeni bolidi ilə etdiyi test italiyalı sürücü üçün göydəndüşmə fürsət olub.

Antonio Covinatsi: “Xüsusi gün idi. İlk rəsmi Formula1 testinə çıxmaq mənim üçün mükəmməl oldu. Keçən il GP2-də idim. İndi bu fürsəti ələ keçirdiyim üçün sevincliyəm. Doğrudan da çox işləməliyəm. Bu bolidlərin birinin sükanı arxasında olmaq gözəl hissdir. Görək sonra nə olur. İşim Ferrari-nin ehtiyat sürücüsü olmaqdır. Bundan sonra Ferrari məni komandaya qoymaq istəsə, hazır olmalıyam.

İlk rəsmi test həmişə çətin olur. Keçən il GP2 bolidini ilk dəfə test etdiyim günü xatırlayıram. Qış testləri həmişə vacibdir və həmişə idman tələb edir. Amma bolidə mindiyiniz zaman həmişə fərqlidir.

Təbii ki, yeni təkərlər daha çox asfaltayatma qüvvəsi təmin edir. Boyuna daha çox yük düşür. Harada olduğumu bilirəm və daha güclü olmaq üçün çatışmayan tərəflərimi inkişaf etdirəcəm.

Hazırda üçüncü sürücüyəm. Daha çox simulyatorda işləyəcəm. F1 yarış həftəsonlarını izləyəcəm. Təbii ki, karyeram üçün çətin ildir. Paddokda olsam da, daha az adrenalin yaşayacam.

Formula1-dəki bolidləri sürmək çətindir. Xüsusən də sükandakı funksiyalara görə. Simulyator bizə çox şey öyrədir. Buna görə də həmişə yarışmağa hazır olacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 552
Teqlər , , ,
Paylaş

logo