S.Fettel: Mucelloda yarış olmalıdır

Ferrari komandasının sürücüsü Sebastyan Fettel düşünür ki, Mucello Formula1 yarışlarını qəbul etməlidir.

F-1.az xatırladır ki, Formula1 mövsümü gələn həftə Avstriyada start götürəcək. Ferrari komandası mövsüm başlamamışdan əvvəl Mucelloda SF71H ilə xüsusi test edib. Gün ərzində həm Fettel, həm də Lekler növbəli şəkildə bolidi sürüblər.

Sebastyan Fettel: “Fasilə qış tətilindən də uzun oldu və yenidən bolidə oturduğumçün sevincliyəm. Axır ki, komandadakı bütün uşaqları gördüm. Yenidən boliddən həzz almaq və mükəmməl trasda sürmək gözəl idi. Məncə, Mucello Formula1 yarışlarını qəbul etməlidir.

Səkkiz ildir ki, burada sürmürdüm. Buna görə də trasa öyrəşmək vaxtımı aldı. Daha sonra isə sürmək mənə həzz verdi”.

Qeyd edək ki, almaniyalı sürücü sonuncu dəfə Mucelloda 2012-ci ildə mövsümiçi testlərdə sürmüşdü.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*