Ş.Lekler: “İtaliya yarışı fantastik idi”

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Montsada podiuma çıxarkən tükləri biz-biz olub.

F-1.az xatırladır ki, monakolu sürücü İtaliya yarışında Mercedes pilotlarına müqavimət göstərərək qalib gəlmiş və Ferrari-yə 9 ildən sonra ilk dəfə öz publikası önündə qələbə gətirmişdi.

Şarl Lekler: “Bu yarışda hiss etdiklərimi ifadə etmək çətindir. İtaliyada olduğumuz üçün üzərimizdə çox təzyiq var idi. Ferrari markası böyük olduğumuz üçün hamı bizdən qələbə gözləyirdi. Həftənin əvvəli də fərqli idi. Çünki yarış həftəsonu sürücülər üçün dördüncü gün başlayır, amma burada bazar ertəsindən etibarən tədbirlərə gedirdik. Daha sonra poul almaq xüsusi idi. Yarışda isə nəfəs almağa belə vaxtım yox idi. Üzərimdə çox təzyiq var idi. Sonda yarışı qazanmaq və podiumun altında fanatları görmək xüsusi idi. Tüklərim biz-biz oldu və Ferrari sürücü nə deməkdir anladım. Montsada qələbə qazandıqdan sonra insanların gözündəki Ferrari sevgisini görə bilirsiniz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*