K.Sayns: Doğru zamanda doğru qərar verdik

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, doğru zamanda doğru qərarı verərək, podium qazanıblar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışın əvvəlində liderliyi alsa da, sonradan 5-ci yerə qədər geriləmişdi. Lakin yarışın sonlarında yağışın başlaması ilə vaxtında keçid təkərlərini götürərək, podiuma yüksəlib.

Karlos Sayns: “Startı yaxşı aldım və əsas məsələ bu idi. Sonra Landonun arxasında qaldım. Amma xarici trayektoriyadan girərək, liderliyə yüksəldim. Daha sonra təkərlər yeyilməyə başladı və yarışımız çətinləşdi. Çox vaxt itirdik. Hamıdan əvvəl sərt təkərlərə keçməli olduq. Təkərləri qorumalı idim. Yaöış da pis vaxtda başladı, çünki sərt təkərlərim əldən gedirdi. Doğru zamanda doğru qərar verərək, üçüncü oldum”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*