Ferrari-nin yeni maşınında motor işə salınıb (video)

Skuderiyanın mühəndisləri azarkeşlərə yeni mövsümdə yeni motorların səsini qiymətləndirmək şansı veriblər...

F-1.az Ferrai komandasının rəsmi səhifəsinə istinadən xəbər verir ki, 667 indeksi almış yeni motor iki gün əvvəl Maranelloda işə salınıb. Dünən komanda rəsmi səhifəsini bu proseduru əks etdirən videoçarx yerləşdirib – azarkeşlər videoya baxmaqla yeni motorların qarşıdakı mövsümdə səslənməsini eşidiblər -düzdür, motor maksimal dövriyyələrdə işləməyib.

Amma bu ildən tətbiq olunan qaydalara əsasən yeni motorun səsinin kifayətə qədər artdığı hiss olunur. Bu il motordan işlənmiş qazları çıxaran boruya əlavə klapan qoyulub. Hərçənd, nəzərə alamq lazımdır ki, videonun çəkilişi qapalı məkanda aparılıb və akustik effekt də hiss olunur. Ona görə də yeni motorların əsl səsini biz bir neçə gündən sonra başlayacaq mövsümöncəsi testlərdə eşidə biləcəyik.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*