Alfa Romeo təqdimat tarixini açıqlayıb

Alfa Romeo komandası yeni bolidini fevralın 27-də təqdim edəcək

F-1.az bildirir ki, Alfa Romeo rəng çalarını və bolidini təqdim edən son komanda olacaq. Onlar yeni rəng çalarını fevralın 27-də – Barselonadakı qış testlərindən iki gün sonra təqdim edəcək.

İtaliya komandası Barselona testlərində xüsusi kamuflajlı rəng çaları ilə iştirak edəcək. Komandanın builki çürücüləri isə Bottas və Çjou olacaq.