A.Covinatsi: Çətin idi

Alfa Romeo komandasının sürücüsü Antonio Covinatsi bildirib ki, yarış onun üçün asan keçməyib.

F-1.az xatırladır ki, italiyalı sürücü Əbu Dabidə 16-cı yeri tutub.

Antonio Covinatsi: “Startdan sonra heç nə olmadı və asan yarış deyildi. Üstünlük qazanmaq üçün təhlükəsizlik maşını vaxtı pitə getmədik, ancaq bu hal bizə pis təsir etdi.

Çətin mövsüm sona çatır və əlimizdən gələni etdik. Qısa müddət ərzində yaxşı inkişaf etdik. Ümid edirəm ki, 2021-ci ildə daha artığını edərik. Belə olan halda yarışdan daha çox həzz alarıq. Öz inkişafımdan da razıyam və növbəti il də inkişafa davam edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*