K.Rəykkönen: “Komandalar yaxındırlar”

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, komandalar arasındakı fərqlər çox azdır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Yaponiyadakı cümə sərbəst yürüşlərində 11-ci olub.

Kimi Rəykkönen: “Normal cümə günü idi. Sabah üçüncü sərbəst yürüşlər olmayacaq və bunu kompensə etməyə çalışdıq. İlk onluqda deyilik və fərqlər cuzidir. Daha güclü olmaqçün əlimizdən gələni edəcəyik. Lakin neçənci olacağımızı proqnozlaşdıra bilmərik. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*