K.Rəykkönen: Ötmə etmək mümkünsüz idi

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Türkiyə yarışında ötmə etmək mümkün olmayıb.

 

F-1.az xatırladır ki, finlandiyalı sürücü İstanbul Parkda 12-ci yeri tutub.

Kimi Rəykkönen: “Bizim üçün yaxşı yarış olsa da, heç nə qazana bilmədik. Tras şəraiti yaxşı idi və tempimiz də yüksək idi. Ancaq yarışın sonuna qədər ötmə etmək çətin idi. Xal almağa yaxınlaşsaq da, bacarmadıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*