V.Bottas: Maksimum nəticə qazandıq

Mercedes komandasının sürücüsü Valtteri bottas bildirib ki, İtaliya yarışını ən yaxşı nəticə ilə bitirib.

F-1.az xatırladır ki, finalndiyalı sürücü mühərrik cəzasına görə yarışa sonuncu yerdən başlasa da, finişi 3-cü yerdə keçib və builki 8-ci poiumunu əldə edib.

Valtteri Bottas: “Arxadan başlamaq heç vaxt asan olmur. Ancaq bu gün komandaya demişdim ki, podiuma yüksələcəm. Red Bull-dan çox xal topladıq və sevinirəm. Başladığımız yeri nəzərə alsaq, maksimum nəticə qazandıq.

Lyuislə Maksın insidenti məyusedicidir. Orada xallar itirdik, amma mənim üçün yaxşı keçdi. Onların insidenti barədə nə deyim bilmirəm. Bəxtləri gətirmədi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*