14 Dekabr 2018, Cümə - 10:24

Çin-2016: Pirelli-dən Medium, Soft və SuperSoft

Çin-2016: Pirelli-dən Medium, Soft və SuperSoft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:07 - 11 Aprel, 2016

Mövsümün ilk iki yarışında olduğu kimi, Çində də komandaların ixtiyarında Medium, Soft və SuperSoft tərkibləri olacaq, ilk iki tərkibdən biri isə mütləq yarışın gedişində istifadə olunmalıdır.

F-1.az xatırladır ki, keçən il sürücülərin çoxu yarış məsafəsini iki pit-stopla başa vurmuşdu, amma bu il pit-stopların sayı çox ola bilər…

Pol Hembri, Pirelli Motorsport-un başçısı: “Çin trası mövsümün əvvəlki iki trasından fərqlənir, amma biz yarışa eyni tərkibləri seçmişik – bu seçim bizim təkərlərin universallığını, onların daha geniş diapazonda işləmək qabiliyyətini göstərir.

Əminəm ki, Şanxayda daha maraqlı bir yarış görəcəyik. Əvvəlki illərdən də bəllidir ki, bu trasda hər şey baş verə bilər, ona görə də komandalar sərbəst yürüşlərdə ciddi çalışacaqlar, strategiya seçiminə daha ciddi yanaşacaqlar. Əvvəlki iki yarışdan da gördük ki, bu 3 tərkiblə müxtəlif strateji variantlar seçmək mümkündür, elə Çində də variantların müxtəlifliyini gözləyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 429
Teqlər , , , , ,
Paylaş

logo