Manor komandası Rio Haryantonu rəsmən açıqlayıb!

Manor komandası indoneziyalı Rio Haryantonun bu mövsüm komandanın sürücüsü olmasını rəsmən açıqlayıb. Beləliklə, 2016-cı ildə mübarizə aparacaq bütün pilotların adlarına aydınlıq gəlib.

F-1.az xatırladır ki, Manor komandasının sürücüsü ola bilmək üçün 15 milyon avro tələb olunurdu. Komanda bir müddət əvvəl bir sürücüsünün Paskal Verlyayn olmasnı açıqlamışdı və digər yer üçün isə Haryanto, Stivens və Rossi namizəd idi. Stivensin tələb olunan pulu ödəyə bilmədiyi və Williams-ın ehtiyat sürücüsü olmaq üçün danışıqlar apardığını qeyd etmişdik.

Biz həmçinin bildirmişdik ki, Haryantonun sponsoru Pertamina şirkəti bu gün mətbuat konfransı təşkil edəcək və orda sürücünün Manor-a keçidi elan oluna bilər. Tələb olunan pulun yerdə qalan 10 milyon avroluq hissəsini isə İndoneziya hökuməti öz üzərinə götürmüşdü.

Manor komandası bir neçə dəqiqə əvvəl rəsmi twitter bloqundan Rio Haryantonu rəsmən açıqlayıb.

Stiven Fitspatrik, komandanın sahibi“Növbəti mövsüm üçün 2-ci pilotumuzu təqdim etdiyimiz üçün şadıq. Rio 6 yaşından etibarən yarışır. Tras üzərində və kənarda olduqca inadkar və çalışqan insandır.

İndonesiya hökumətinin Rioya verdiyi dəstək möhtəşəmdir. Onu sükan arxasında görmək üçün səbrsizlənirlər. Biz də həyəcanlı mübarizələr izləyəcəyimizə əminik”.

Rio Haryanto: “Manor-un yaxşı maşın hazırladıqlarından əminəm və ona minmək üçün səbrsizlənirəm. Melburnda olduqca həyəcanlı anlar yaşayacam. Ölkəmə, məni dəstəkləyən hər kəsə təşəkkür etmək istəyirəm. 2016-cı ildə onları yaxşı çıxışımla mükafatlandırmağa və Asiyanı təmsil etməyə çalışacam…”

Qeyd edək ki, 23 yaşlı sürücü 2012-ci ildə GP2-də debüt edib. O, GP2 karyerası boyu 90 yarışa çıxıb və 3 dəfə qələbə qazanıb. 2015-ci ildə Campos Racing-ə keçib. Komanda ilə çıxdığı 22 yarışda 3 qələbə qazanıb və mövsümü 138 xalla 4-cü yerdə başa vurub.

Keçən ilin dekabr ayında Abu Dabidə keçirilən Pirelli-nin yeni ultrasoft təkərinin testlərində Manor komandasını məhz o təmsil etmişdi.

 

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*