16 Dekabr 2019, Bazar ertəsi - 06:06

Pirelli Malayziya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Malayziya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Elçin Zodorov, redaktor

16:29 - 20 Sentyabr, 2016

Builki reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də bu gün Pirelli Malayziya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, gələn həftənin sonunda baş tutacaq yarışa Pirelli Hard, Medium və Soft tərkiblərini gətirəcək. Son yarışlarda olduğu kimi, yenə də Mercedes AMG və Ferrari komandalarının pilotları bir-birilərindən fərqli təkər seçimi ediblər.

SürücüKomandaHardMediumSoft
Lyuis HəmiltonMercedes AMG337
Niko RosberqMercedes AMG247
Sebastyan FettelFerrari247
Kimi RəykkönenFerrari337
Valtteri BottasWilliams247
Felipe MassaWilliams337
Daniel RikkardoRed Bull346
Maks FerstappenRed Bull346
Niko HülkenberqForce İndia337
Serxio PeresForce İndia337
Kevin MaqnussenRenault337
Colion PalmerRenault427
Daniil KvyatToro Rosso328
Karlos SaynsToro Rosso328
Fernando AlonsoMcLaren337
Censon BattonMcLaren337
Markus ErikssonSauber247
Felipe NasrSauber247
Paskal VerlyaynManor346
Esteban OkonManor346
Roman QrojanHaas247
Esteban QutyerresHaas337

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 539
Teqlər , , , , ,
Paylaş

logo