F.Alonso: Rassell çempion olacaq

Alpine komandasının sürücüsü Fernando Alonso gənc sürücülərdən Corc Rassellə dəbilqəsini dəyişib.

F-1.az xatırladır ki, Corc Rassell Formula1-də üçüncü mövsümünü keçirsə də, sadəcə 1 yarışdan xal qazana bilib. Buna baxmayaraq, britaniyalı pilotun adı Mercedes-lə hallanır və ona gələcəyin çempionu deyirlər.

Fernando Alonso Monakoda gənc Rassellə dəbilqə dəyişib və dəbilqəyə “Əlasab, gələcəyin çempionu” yazıb. Rassell isə sosial şəbəkəsində bunu paylaşaraq, “Bu, mənim üçün dəyərlidir. Təşəkkür edirəm, əfsanə” yazıb.

Fernando Alonso: “Williams-ı sürmək stili məni təsirləndirir. Demək olar ki, səhv eləmir və sürətinə təəccüblənirəm. Gələcəyin çempionu kimdir deyə soruşsalar, Rassell deyərdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*