Cordan: Alonso həmişə pul dalınca qaçıb

Çoxları hesab edirlər ki, Fernando Alonso komanda dəyişikliyi ilə bağlı bəzən qəribə qərarlar verməsəydi, daha çox titul qazanardı.

F-1.az xəbər verir ki, öz soyadını daşıyan komandanın keçmiş sahibi Eddi Cordan hesab edir ki, hər şey pul qazanmaq istəyi ilə bağlı olub.

Eddi Cordan: “Geriyə baxaraq təəssüflənəcək bir şey yoxdur, amma bu qərarların qəbul edilməsinin səbəbləri barədə Fernando özündən və indi əla münasibətlərdə olduğu meneceri Flavio Briatoredən soruşmalıdır.

Anlamaq lazımdır ki, Alonso həmişə pul dalınca düşüb. O, titul üçün daha çox şansı olanları yox, daha çox ödəyə bilən komandaları seçirdi. Yəqin ki, indi peşmandır, amma xeyli pul qazanıb.

İndi mənimlə üzbəüz otursaydı, deyərdim: “Fernando, səhv etdin. Sən əla sürücüsən, ikiqat dünya çempionusan, amma qəlbinin dərinliklərində bilirsən ki, asanlıqla beş-altı titul qazana bilərdin”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*