Y.Haseqava: “Alonso Honda ilə əməkdaşlığı davam etdirmək istəmir”

Fernando Alonsonun Honda-nın güc qurğularından narazı olması heç kimə sirr deyil. İtaliya Qran Prisi ərəfəsində ispan sürücünün McLaren-ə Honda mühərriklərindən imtina etməsi üçün ultimatum göndərməsi barədə şayiələr gəzir.

F-1.az xəbər verir ki, Fernando bunu təkzib etsə də, yaponlar şayiələrin düz olduğunu bildiriblər. Honda Motorsport-un rəhbəri Yusuke Haseqava deyib ki, Fernando Honda ilə əməkdaşlıq etmək istəmir.

Yusuke Haseqava: “Alonso hazırda Honda ilə işləməyə davam etmək istəmir – bu, tamamilə aydın məsələdir. Bundan başqa, Fernando etiraf edib ki, Honda-nın vəziyyətinin düzələcəyinə ümid edir. Özümüzü doğrultsaq, ola bilsin ki, o da fikrini dəyişər. Biz sübut etməliyik ki, inkişaf var. Başa düşürük ki, vəziyyət belə davam etsə, McLaren komandası və ya Fernandonun özü bizimlə davam etməyəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*