F.Alonso: Balans tapmadıq

Alpine komandasının sürücüsü Fernando Alonso balans tapa bilmədiklərini deyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Hunqarorinqdəki cümə sərbəst yürüşlərində 7-ci olub.

Fernando Alonso: “Yaxşı gün idi və hər şey qaydasında idi. Çox isti və nəmli idi. Buna görə də komandadakı hər kəs üçün fiziki cəhətdən çətin gün idi. Amma proqramı bitirə bildik və təkərləri test etdik. İsti havada necə sürəcəyimizlə bağlı məlumat topladıq.

Hələ də ən yaxşı balansı tapa bilməmişik. Buna görə də çox işləməliyik. Məncə, daha yaxşı performans göstərə bilərik. Cümə günləri çox vacibdir. Elə vaxt olub ki, cümə günü güclü olmuşuq, sonra zəifləmişik. Bu səbəbə görə diqqətlli olmalıyıq. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*