F.Alonso: Doqquzuncu yer qələbəyə bərabərdir

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, sonuncu yerdən başlayıb 9-cu olmaq qələbəyə bərabərdir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yeni güc qurğusuna keçdiyi üçün vətənindəki yarışa 20-ci yerdən başlayıb. Buna baxmayaraq, o, 9-cu yeri tutaraq bu mövsüm ikinci dəfə xal qazanıb.

Fernando Alonso: “Çox sevincliyəm. Hədəfimiz xal qazanmaq idi. Sıralanma turu pis keçdi və yeni motora keçdik. Bilirdik ki, xal qazanmaq çətin olacaq. Buna görə də 9-cu yer qələbəyə bərabərdir. Ümid edirəm ki, bundan sonra hər şey yaxşı olar. Ardıcıl 8-10 yarışda xallar qazanmalıyıq. Buna görə də inkişaf etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*