13 Dekabr 2018, Cümə axşamı - 03:25

Aston Martin Ferrari-ni əvəz edəcək?

Aston Martin Ferrari-ni əvəz edəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

15:12 - 17 Aprel, 2018

Aston Martin-in rəhbəri Əndi Palmer bildirib ki, Liberty Media gec-tez reallığı görəcək və Aston Martin idmana gəldiyi üçün Ferrari-nin getməsinə icazə verəcək.

F-1.az xatırladır ki, Ferrari Liberty Media-nın 2021-ci illə bağlı planlarından narazı qalmış və Sercio Markionne ameriakanları idmandan getməklə hədələmişdi.

Əndi Palmer: “Lyuks avtomobil dünyasının zirvəsində olmaq istəyirik. Aston Martin, Lagonda və başqa tərəfdaşlıqla bunu edə bilərik. Ferrari heç vaxt Rolls Royce-la mübarizə aparacaq sedan istehsal etməyəcək. Rolls Royce isə Lamborghini ilə mübarizə aparacaq superidman avtomobili istehsal edən deyil. Biz isə hər ikisini düzəldə bilirik. Biz McLaren, Ferrari və Lamborghini ilə başqa seqmentdəyik. Red Bull bizə kömək edəcək. Red Bull-un Milton Kinsdəki bazasında 110 işçimiz olacaq. Beləliklə, Nyui bizim yol maşınlarına da öz töhfəsini verəcək. İki fərqli ənənə birləşib yenilik əmələ gətirəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 222
Teqlər , , ,
Paylaş

logo