C.Palmer: Mercedes Fransada qalib ola bilər

Sabiq Formula1 pilotu Colion Palmer düşünür ki, Mercedes Fransada qələbə uğrunda mübarizə apara bilər.

F-1.az xatırladır ki, Mercedes komandası son yarışlar sürətlənib. Britaniyada gətirilən yeniliklərdən sonra dalğalanma problemu aradan qalxıb.

Colion Palmer: “Silverstoun ilə ənənəvi traslara qayıtdıq və Mercedes yeniliklərdən sonra qələbə uğrunda mübarizə apardı. Lakin Ferrari və Red Bull sürücülərinin yaşadığı problemlər də onların podium qazanmasına kömək etdi. Avstriyada da onların güclü olması gözlənmirdi. Elə də oldu. Bunun bir səbəbi isə Həmiltonla Rasselin sıralanma turundakı qəzaları idi.

Mercedes yarış tempində pis deyildi. Həmiltonun yarış tempi Leklerə yaxın idi. Bunun hesabına pitlərdə bir neçə rəqibini qabaqladı.

Sonrakı yarış Fransadadır. Pol Rikar trası əsasən orta və yüksək sürətli döngələrdən ibarətdir. Ora çox hamardır. Mercedes keçmişdə də bu trasda sürətli olub. Bu mövsüm Le Kastelledə qələbə şansları var.

Mercedes-in yarış tempi sıralanma tempindən üstündür. Fransada qələbə qazanmaq üçün sıralanma tempini yaxşılaşdırmalıdırlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*