Renault işçi heyətini artırır

Renault komandası ilk pillələr uğrunda yenidən mübarizə aparmaq üçün iki il ərzində 160 yeni işçi ilə müqavilə bağlamağı planlaşdırır...

F-1.az xəbər verir ki, Renault komandası 2013-cü ildə 65 milyon funt zərərə uğrayıb. Fransızlar bundan sonra bəzi işçiləri ilə yollarını ayırmalı olublar.

Renault komandasının rəhbəri Siril Abitebul bildirib ki, çempionluq mübarizəsi aparmaq üçün komandaya yeni işçilər götürüləcək: “Hələlik komandaya az işçi götürəcəyik.

Biz istəyirik ki, ən yaxşı mütəxəssisləri işə götürək, amma bunu tez bir zamanda etmək mümkün deyil. Çünki komandalarından ayrılan işçilərlə demək olar ki, bir il müddətində müqavilə bağlamaq olmur.

Hazırda Enstoundaki zavodumuzda 490 nəfər işləyir. Biz planlaşdırırıq ki, bu rəqəm 2017-ci ildə 650 nəfər olsun.

Böyük komandalarda 800 nəfər işləyir. Əgər hər şey yolunda getsə, Mercedes və Red Bull ilə mübarizə apara bilərik.

Böyük komandalara nisbətən az işçimiz olsa da, inanıram ki, onlarla mübarizə apara bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*