C.Rassell: Komanda üçün ən yaxşısını edirik

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Ferrari-nin qabaqladıqları üçün sevinclidirlər.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 6-cı yerdən başlasa da, yarış ərzində Qasli və Saynsı keçərək, yarışı 4-cü yerdə bitirib.

Corc Rassell: “Bizim üçün yaxşı yarış idi. Ferrari-ni keçmək və yarışı dördüncü bitirmək əla hadisədir və bundan artığı mümkünsüz idi. Sıralanma turundakı problemlərdən sonra bizim üçün normal gün idi. Amma Aston MArtin-i keçmək və Red Bull-la fərqi qapatmaq üçün çox işlər görməliyik.

Karlosla olan mübarizədən həzz aldım, çünki çox ədalətli idi. Onu keçəndə ilişmənin necə olacağından və bunu bacarıb-bacarmayacağımdan əmin deyildim. Lyuis də mənə yol verdi və buna görə ona təşəkkür edirəm. Sözün açığı o fərqli strategiyada idi. Hazırd aonunla münasibətimiz yaxşıdır və sadəcə komanda üçün ən yaxşı nəticə qazanmaq istəyirik. Bunun üçün əlimizdən gələni edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*