Kimi Antonelli həftəsonu ərzində şassinin yeni versiyası ilə işləyəcək, güc qurğusunun dəyişdirilməsinə görə cəza alacaq və yarışa sonuncu yerdən başlayacaq Corc Rassell isə əvvəlki konfiqurasiyalı maşının sükanı arxasına keçəcək.
Bu, mühəndislərə maşının iki versiyasının fərqli şəraitdə davranışını müqayisə etməyə, sonrakı iş üçün məlumat toplamağa və gələcək mövsüm üçün vacib olan inkişaf istiqamətinin düzgün seçilib-seçilmədiyini anlamağa imkan verəcək.





