H.Marko: Ferstappen gücünü isbatladı

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Maks Ferstappen istedadını göstərib.

F-1.az xatırladır ki, niderlandlı sürücü Mayami yarışına doqquzuncu yerdən başlasa da, fərqli strategiya seçərək, komanda yoldaşı Serxio Peresi qabaqlayıb və mövsümdəki üçüncü qələbəsini əldə edib. Bununla da Pereslə xal fərqini 14 xala qaldırıb.

Helmut MArko: “Maksın qələbəsi üçün vacib faktor Hard təkrələrlə başlaması və önündəki rəqiblər sürətlə keçməsi idi. Hər iki sürücümüz də əllərindən gələni etsələr də, təkərlərə yüklənməməyə çalışdılar. Sonda qələbə dublu etdik. Allaha şükür edirəm ki. təhlükəsizlik maşını çıxmadı.

Yarışda Hard təkərlərin əksəriyyətin gözlədiyindən də yaxşı işlədi və Maks ən çətin şəraitdə belə yaxşı dövrəvi nəticələr göstərdi. O, nəyə qadir olduğunu yenidən sübut etdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*