K.Horner: Təqvimdə 23-dən artıq yarış olmamalıdır

Ümumdünya Şurası ötən ilin sentyabrında 2023-cü il üçün rekord sayda - 24 yarışdan ibarək təqvimi təsdiqləmişdi.

F-1.az xatırladır ki, Çin və İmolada yarışların sonradan ləğv edilməsi təqvimin son mövsümlərdəki kimi 22 yarışa enməsinə gətirib çıxarıb.

Emiliya-Romanya Qran Prisinin ləğvi ərəfəsində verilən şərhlərdə Red Bull-un rəhbəri Kristian Horner təqvimi daim genişləndirməyin mümkün olmadığını və mövsüm ərzində mərhələlərin sayının 23-ü keçməməli olduğunu bildirib.

Kristian Horner: “Mənim üçün bir mövsümdə 23 Qran Pri maksimum həddir. Artıq elə bir vəziyyətdəyik ki, ardıcıl yarışlar keçirilərkən coğrafi yerləşməni də nəzərə almalıyıq. Çox sıx qrafikdir. Azarkeşlər yarışı izləmək üçün ilin 23 bazar gününü gündüz və ya axşam iki saat vaxt ayırmalıdırlar. Bütün mövsümü izləmək çox səy tələb edir. Düşünürəm ki, artıq kifayət qədər yarışlarımız var.

Hər il Formula1-də eyni üsuldan istifadə etməklə məşğul olurlar. Stefano Domenikali gəlir və bizə deyir: “Biz Monakonu, Montsanı, Silverstounu itirə bilmərik”. Sonra əlavə edir: “Las Veqas haqqında eşitmisiniz?” Deməli, biz Veqasa səfərə razı olmalıyıq. “Mayami haqqında eşitmisiniz?” İndi isə Mayamiyə gedirik.

Təqvimə maraqlı yerlərdə yeni traslar əlavə etməyə davam edirlər, ona görə də yox demək çətindir, amma biz artıq doyma nöqtəsinə çatmışıq. 23 Qran Pri – bir mövsümdə qət etməli olduğumuz çılğın sayda yarış və kilometrlər deməkdir.

Düşünürəm ki, təqvimə yeni mərhələlər əlavə etməyə davam etməkdənsə, indi yarışdığımız traslarda rəqabət aparmaq daha yaxşıdır. İndiki yanaşma ilə biz kritik nöqtəyə çatacağıq, Bundan çox da qədər də uzaq deyilik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*