VW Group Audi və Porsche-nin F1-ə gəlişini təsdiqləyib

Bu barədə məlumatı Volkswagen Group-un rəhbəri Herbert Diss bu gün verib. Hər iki marka 2026-cı ildə çempionata daxil olacaqlar.

F-1.az bildirir ki, Herbert Porsche-nin daha ciddi addımlar atdığını qeyd edib, lakin əlavə məlumat verməyib.

Hər iki markanın idmana gəlişinin 2026-cı ilə nəzərdə tutulan yeni motor reqlamenti ilə bağlı olması çoxlarına məlumdur. Görüşlərdə hər iki şirkətin mühəndisləri də işitrak edib. Belə görünür ki, onları gələcək motorlar qane edib ki, Diss artıq bu barədə açıqlama verib.

Porsche çoxdan Red Bull ilə danışıqlar aparır və komandanı güc qurğusu ilə təchiz etməkdə maraqlıdır. Audi-nin potensial tərəfdaşları arasında isə 3 komanda var: McLaren, Sauber və Aston Martin. Üstəlik, Audi-nin təchizatçı olmaqla kifayətlənməcəyi, yuxarıda adı çəkilən komandalardan birini alaraq zavod komandası kimi iştirak etmək istədiyi bildirilir…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*