M.Ferstappen: Bərbad haldır

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, etdiyi qəzaya görə özünü bərbad hiss edir.

F-1.az xatırladır ki, niderlandlı sürücü son cəhdində inamla poul almağa doğru gedirdi. Lakin son sektorda bolidin idarəetməsini itirərək, bariyerlərə çırpıldı və üçüncülüklə razılaşmalı oldu.

Maks Ferstappen: “Bərbad haldır. Ümumilikdə isə sıralanma turu yaxşı keçdi. Belə şəhər tipli trasda təkərlrəi qızdırmaq çətin idi, ancaq tempim yaxşı idi. Son sessiya da bunu göstərdi.

Son anlarda nə baş verdiyini bilmirəm. Heç nə anlamadım. Təkərləri blokladım və bolidi idarə etməyə çalışsam da, arxa tərəfi zədələdim. Buna görə maşını saxladım.

Üçüncü yerdəyik və son dövrəmi düşünəndə bu yer məni məyus edir. Yenə də bolidimiz sürətlidir. Görək yarışda nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*