2020-ci ilin təqvimi necə ola bilər?

Bu il Formula1 tarixində rekord sayda - 22 yarışın keçirilməsi planlaşdırılmışdı. Lakin Kovid-19 virusu hər bir sahə kimi, avtoidmana da öz zərbəsini vurub.

F-1.az xatırladır ki, hamı Çin Qran Prisinin qeyri-müəyyən vaxta təxirə salınması ilə məsələnin həll olunacağını gözləyirdi. Lakin Avstraliya Qran Prisinin də sərbəst yürüşlərin başlamasına dəqiqələr qalmış təxirə salınması vəziyyətin nə qədər ciddi olduğunu göstərdi. Eyni addım mövsümün ilk hissəsində keçirilməsi gözlənilən əksər yarışların təşkilatçıları tərəfindən də atıldı ki, onların arasında Azərbaycan Qran Prisi də var.

Hazırda FOM ilkn versiya ilə heç bir əlaqəsi olmayan yeni təqvim versiyası hazırlayır, lakin yenə də ən çox mükafat pulunun ödənilməsi üçün mümkün olan maksimum sayda yarış keçirməyə çalışır.

Dünən komada rəhbərləri, FİA və FOM təqvimin Silverstoundakı yarışla (və ya yarışlarla) başlamasını müzakirə ediblər. Lakin hələ ki, rəsmi bir təqvim yoxdur və mediada adətən rəsmi olmayan variantlar yayımlanır. Bunlardan biri də niderlandlı jurnalist Ulav Molun ideyasıdır.

Onun fikrincə, builki təqvim belə ola bilər:

Tarix Mərhələ
17-19 iyul Britaniya Qran Prisi
24-26 iyul Niderland Qran Prisi
7-9 avqust Belçika Qran Prisi
14-16 avqust Fransa Qran Prisi
28-30 avqust İspaniya Qran Prisi
4-6 sentyabr İtaliya Qran Prisi
18-20 sentyabr Macarıstan Qran Prisi
25-27 sentyabr Avstriya Qran Prisi
9-11 oktyabr Azərbaycan Qran Prisi
16-18 oktyabr Rusiya Qran Prisi
30 oktyabr-1 noyabr Çin Qran Prisi
6-8 noyabr Yaponiya Qran Prisi
20-22 noyabr Abş Qran Prisi
27-29 noyabr Meksika Qran Prisi
4-6 dekabr Braziliya Qran Prisi
8-10 yanvar 2021-ci il Bəhreyn Qran Prisi
15-17 yanvar 2021-ci il Əbu Dabi Qran Prisi
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*