FİA çıxış qadağasına aydınlıq gətirib

FİA-nın Beynəlxalq İdman Məcəlləsinə federasiyanın əvvəlcədən icazəsi olmadan sürücülərin siyasi mövqeyini açıq şəkildə ifadə etməsini və yarışlarda müvafiq bəyanatlar verməsini qadağan edən düzəlişlər Formula1-də qızğın müzakirələrə səbəb olub.

F-1.az xəbər verir ki, Formula1-in rəhbəri Stefano Domenikali və Lyuis Həmilton da daxil olmaqla əksər sürücülər belə qadağaların qəbuledilməz olması ilə razılaşıblar. Ehtirasların intensivliyini azaltmaq üçün FİA sürücülərin siyasi mövqelərini ifadə etmələrinə icazə verilən vəziyyətlər və hansı hallarda bunun pozuntu sayılacağı ilə bağlı açıqlamalar yayıb.

Sürücülər birbaşa suala cavab olaraq sosial mediada, mətbuata müsahibələr zamanı və rəsmi FİA mətbuat konfranslarında istənilən mövzuda sərbəst danışa bilərlər.

Sürücülərə FİA-nın rəsmi mətbuat konfransları zamanı (onlara birbaşa sual verilmədiyi halda), trasda müxtəlif tədbirlər zamanı (podiumda, himn səsləndirilərkən, sürücülərin paradında) və yarışdan əvvəl və ya sonra (istirahət otağında, fotosessiya zamanı) siyasi bəyanatlar vermək qadağandır.

“İştirakçılar beynəlxalq yarışdan əvvəl, yarış zamanı və yarışdan sonra öz məkanlarında və beynəlxalq yarışdan kənar istənilən siyasi, dini və ya şəxsi məsələ ilə bağlı fikirlərini bildirə bilərlər”, – FİA-nın bəyanatında deyilib. – Müstəsna hallarda və xüsusi sorğu əsasında FİA beynəlxalq yarışlar zamanı bəyannat verilməsinə icazə verə bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*