Ferrari zərər görə bilər

FİA-nın prezidenti Jan Todt bildirib ki, Ferrari Formula1-dən ayrılsa, marka kimi zərər görə bilər.

F-1.az xatırladır ki, Formula1-in yeni sahibləri istehsal xərclərini azaldaraq böyük komandalarla kiçik komandalar arasındakı güc balansına nail olmaq istəyirlər.

Jan Todt: “Ferrari və Mercedes 2021-ci ildəki dəyişikliklərdən sonra idmandan gedəcəklərini dedilər. Bu iki komandanın idmandan getməsinə məyus olaram. Xüsusən də Ferrari kimi çox böyük komandanın idmandan getməsi heç yaxşı olmaz. İndiyə kimi Formula1-in ayrılmaz hissəsi oldular və onlarsız çempionatı təsəvvür edə bilmirəm.

Təbii ki, bu ayrılıq Ferrari üçün də yaxşı olmaz. Məncə, onlar üçün də çətin proses olacaq, amma işin o hissəsi mənə maraqlı deyil. Görək nə olur. Ümid edirəm ki, idmanda qalarlar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*