FİA Çjounun qəzasının detallarını araşdıracaq

Silvertoundakı yarışın startındakı qəza 2020-ci ildə Saxirdə Roman Qrojanın qəzasından bəri ən dəhşətli olanıdır. Alfa Romeo sürücüsünün maşını başıaşağı formada 200 metrdən çox sürünüb...

F-1.az xəbər verir ki, hadisənin görüntülərindən də bəlli olduğu kimi, Quanyunun dəbilqəsini yerdən ayıran yeganə element Halo olub. Ondan daha yuxarıda olan təhlükəsizlik qövsü isə asfaltla sürtünmə nəticəsində dağılıb.

FİA-nın texniki reqlamentinə görə, qoruyucu qövs şaquli 105, eninə 60, uzununa isə 70 kilonyuton təzyiqdə 25 mm-dən çox deformasiyaya uğramamalıdır. Çjounun qəzası zamanı düşən yükün daha çox olduğu aydındır və FİA həm bunun miqdarını, həm də sükanın niyə sıradan çıxdığını öyrənmək istəyir.

Xatırladaq ki, sürücü qəzadan dərhal sonra tibbi xəstəxanaya aparılıb, səhhətinin qaydasında olduğu və bu həftəsonu baş tutacaq Avstriya Qran Prisində iştirak edə biləcəyi məlum olub.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*