Alonso Bəhreyndə yarışmayacaq?

McLaren Honda-nın İspaniyalı sürücüsünün Avstraliyadakı qəzadan sonra ağrıları davam edir...

F-1.az xatırladır ki, Fernando Alonso Melburnda 300 km/saat sürətlə gedərkən çox ağır qəzaya uğramışdı.

İspaniyalı sürücü qəzadan 10 günə yaxın vaxtın keçməsinə baxmayaraq, hələ də ağrılarının davam etdiyini təsdiqləyib.

FİA-nın həkimlərindən olan Yurgen Lindemann onun qəzası barədə deyib: “Belə bir qəzadan ağır yaralanmadan qurtulmaq Formula1 maşınlarının nə qədər təhlükəsiz olduğunu göstərir. Amma şans da sizinlə olmalıdır. Belə qəzalarda 1 həftə və ya daha çox davam edən əzələ və sümük ağrıları olur”.

Əgər Alonso bu həftə Bəhreyndə yarışa çıxa bilməsə, Stoffel Vandorn onu əvəzləməyə hazırdır. Biz gənc sürücünün Formula1-dəki debütünü görə bilərik…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*