Monako-2021: Birinci sərbəst yürüşlər

Dar şəhər küçələrində hər addımda yüksək diqqət və dəqiqlik tələb olunur. Bu il məşqlərin ümumi vaxtı azaldıldığından, sürücülər hər dəqiqədən maksimum istifadə etməyə can atır.

F-1.az bildirir ki, keçən il burada yarış baş tutmamışdı və bu il dörd sürücü – Latifi, Mazepin, Tsunoda və Şumaxer burada debüt ediblər. Bu sürücülərdən üçü digər seriyalarda burada mübarizə aparsa da, Tsunoda üçün bu imkan ilk dəfə yaranıb.

Lekler artıq ilk dəqiqələrdən ötürmələr qutusunun dördüncü pilləyə keçməməsindən şikayət edib. Şarl boksa qayıdıb və öz doğma yarışında çox vacib olan sessiyanı boşa verməli olub.

Alonso 24-cü dəqiqədə son döngədə qəza edib, ön qanadını qırıb. Qırıntıların yığışdırılması üçün bir neçə dəqiqəlik Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Ferando yavaş-yavaş boksa qayıdıb. 31-ci dəqiqədə isə Rəykkönenin təhlükəsizlik cibinə girməsinə görə sarı bayraqlar dalğalanıb. Bir qədər sonra bu səhvi Alonso da edib.

Sayns da baryerlərə toxunduğu üçün boksa gəlib, lakin proqramına davam edə bilib. Protokollara Serxio Peres başçılıq edib – 1:12.487. Məşqlər axşam davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 11 Serxio Peres Red Bull 1:12.487 35
2 55 Karlos Sayns Ferrari 1:12.606 + 0:00.119 32
3 33 Maks Ferstappen Red Bull 1:12.648 + 0:00.161 39
4 10 Pyer Qasli AlphaTauri 1:12.929 + 0:00.442 37
5 44 Lyuis Həmilton Mercedes AMG 1:12.995 + 0:00.508 34
6 77 Valtteri Bottas Mercedes AMG 1:13.131 + 0:00.644 36
7 4 Lando Norris McLaren 1:13.236 + 0:00.749 31
8 5 Sebastyan Fettel Aston Martin 1:13.732 + 0:01.245 32
9 22 Yuki Tsunoda AlphaTauri 1:13.746 + 0:01.259 39
10 7 Kimi Rəykkönen Alfa Romeo 1:14.081 + 0:01.594 30
11 18 Ləns Stroll Aston Martin 1:14.090 + 0:01.603 33
12 99 Antonio Covinatsi Alfa Romeo 1:14.106 + 0:01.619 27
13 14 Fernando Alonso Alpine 1:14.205 + 0:01.718 37
14 6 Nikolas Latifi Williams 1:14.268 + 0:01.781 40
15 3 Daniel Rikkardo McLaren 1:14.281 + 0:01.794 35
16 31 Esteban Okon Alpine 1:14.320 + 0:01.833 37
17 9 Nikita Mazepin Haas 1:14.616 + 0:02.129 32
18 47 Mik Şumaxer Haas 1:14.801 + 0:02.314 34
19 63 Corc Rassell Williams 1:14.840 + 0:02.353 35
20 16 Şarl Lekler Ferrari 1:19.618 + 0:07.131 4
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*