C.Herbert Red Bull-u başa düşür

Sabiq Formula1 sürücüsü Conni Herbert düşünür ki, Red Bull-Sky F1 münaqişəsində iki tərəfə də haqq verir.

F-1.az xatırladır ki, keçən ilin ABŞ yarışından sonra Sky kanalının şərhçisi Ted Kravits Hamiltonun 8 qat Dünya Çempionu olduğunu və 2021-ci ildə ondan çempionluğun oğurlandığını demişdi. Buna Red Bull komandası sərt reaksiya göstərmiş və növbəti yarış Meksikada Sky Sport əməkdaşlarına heç bir müsahibə verməmişdi. Sonradan hər iki tərəf danışıqlar apardıqdan sonra boykot sona çatmışdı.

O dövrlər Sky-da işləmiş Conni Herbert hər iki tərəfi anladığını deyib: “İstədiyimi deməkdə həmişə azad idim, amma bir komandanı sərt tənqid etsəniz, məyus olarlar. Əgər komanda məyus olsa, keçənilki məsələlər başınıza gələ bilər. Komanda sizinlə işləmək istədiyini deyər. Buna görə də diqqətli olmalısınız.

Amma bu hal başadüşüləndir. Yarışdığım illərdə bəzən bizi məyus edən şeylər yazırdılar və o jurnalistlə uzun müddət danışmadığımı xatırlayıram. Ancaq komandaya gəldikdə istədiyiniz qədər açıqsözlü ola bilərsiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*