E.Bulye: “Hədəflərimiz var idi”

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, ilk testlər üçün böyük hədəfləri olub.

F-1.az xatırladır ki, britaniyalılar tesrlərin ilk iki günündə mühərriklə bağlı problemlər yaşamış və iki sürücünün də bolidindəki güc qurğusunu dəyişdirməli olmuşdular.

Erik Bulye: “Hələ bir söz demək üçün tezdir. Təbii ki, buraya gələndə böyük gözləntilərimiz var idi. Amma bunlara baxmayaraq, son iki gündən yaxşı istifadə etdik. İkinci testlərdə yaxşı nəticələr ala bilərik. İnanıram ki, Honda problemlərlə bağlı təhlil aparacaq. Problemləri vaxtında həll edib, bizə güclü mühərrik versələr, mövsümə güclü formada başlaya bilərik. Fanatlarımız bizdən bunu gözləyirlər. Amma hələ vaxtımız var və bundan maksimum istifadə edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*